YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad olunmuş rayonlarımız dirçəlməkdədir

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bu gün qürur hissi ilə deyə bilərik ki, indi Böyük Qayıdışın nəticəsi olaraq işğaldan azad olunmuş rayonlarımız dirçəlməkdədir. Artıq Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında işğaldan azad olunmuş ərazilərimizdə nəqliyyat yolları, sənaye parkları, digər infrastrukturlar inşa edilib və bu proses bu gün də uğurla davam etməkdədir. Keçmiş məcburi köçkünlər səbirsizliklə işğaldan azad edilmiş ərazilərə qayıdacaqları günü gözləyirlər və bu gün çox da uzaqda deyil.

Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas, ən vacib prioritet məsələ işğaldan azad edilmiş ərazilərimizin qısa zamanda bərpa edilməsi və 30 il ərzində ata-baba torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın öz doğma yurd yuvalarına qayıtmasıdır.

Bu gün Azərbaycan dövləti tək başına, daxili maliyyə vəsaitləri hesabına işğaldan azad olunmuş şəhər və kəndlərimizin bərpa işlərini uğurla davam etdirir.

Prezident İlham Əliyevin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsini  qəbul etməsi və qəbul zamanı qarşıya qoyulmuş vəzifələr barədə Dövlət başçısının söylədiyi fikirlər mühüm əhəmiyyət kəsb edir. Cənab İlham Əliyev Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsinin qarşısında dayanan vəzifələrindən danışarkən bildirdi ki, “Siz mənim xüsusi nümayəndəm kimi artıq dərhal işə başlamalısınız, bütün bu işlərə rəhbərlik etməlisiniz. İnfrastruktur layihələri, əlbəttə ki, mərkəzi icra orqanları tərəfindən icra edilir. Eyni zamanda, siz Laçın rayonunun gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflər verməlisiniz. Çünki biz çalışırıq ki, azad edilmiş bütün rayonlarda işlər paralel surətdə getsin.”

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təstiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qaydış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur. Qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə yol, dəmiryol nəqliyyatı infrasturukturunun, sənaye parklarının, hava limanlarının və bir sıra strateji əhəmiyyətə malik obyektlərin inşası istiqamətində qısa müddət ərzində böyük işlər görülmüşdür və bu proses bu gündə uğurla davam etdirilir.

DİGƏR Xəbərlər Arxiv