YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir”

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər proqramına uyğun olaraq, Neftçala rayonunda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransda Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycanın sabiq Baş naziri Həsən Həsənov, YAP İdarə Heyətinin üzvü, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP Veteranlar Şurasının üzvü, yazıçı Tahir Məmmədov, kinorejissor, ssenarist, xalq artisti Vaqif Mustafayev, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Neftçala şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən rəsm sərgisinə baxış keçirilib.

Konfransda çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının və dövlətçilinin tarixində müstəsna xidmətlərə malik şəxsiyyət olduğunu vurğulayıb. Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra ölkəmizdə dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində ulu undər Heydər Əliyev tərəfindən həyata keçirilən mühüm işlərdən danışılıb. Ulu Öndər Heydər Əliyevin bu müdrik sözləri bir daha xatırladılıb: “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır!”.

YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev Ulu Öndərin azərbaycançılıq ideologiyasının inkişafı üçün əvəzsiz işlər görməklə tarixə düşdüyünü vurğulayıb. Xüsusilə müstəqilliyini yenicə bərpa etmiş gənc respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi, inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülən azərbaycançılıq ideologiyasının əvəzedilməz vasitə olduğu iştirakçıların diqqətinə çatdırılıb.

Konfrans qonaqların ulu öndər Heydər Əliyev haqqında xatirələri ilə və sual-cavab formatında davam edib.