YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sağlam siyasi dialoq mühiti...

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan demokratik dəyərlərə sadiq dövlətdir. Bu gün Prezident İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu siyasi diplomatiyanın məntiqi nəticəsi kimi ölkəmizdə siyasi sabitlik mövcuddur və bu da ölkəmizin yaratdığı yeni siyasi reallıqlarla qarşıda yeni vəzifələri, hədəfləri müəyyənləşdirir. Ölkəmizdə sağlam siyasi mühitin mövcudluğunu Prezident İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş siyasi dövlət strategiyası təşkil edir. Bu gün ölkəmizdə sağlam siyasi dialoq mühiti tam formalaşıb və bu istiqamətdə dövlətimizin atdığı addımlar mühüm siyasi əhəmiyyət kəsb edir. 

Qeyd edək ki, ölkəmizdə mövcud olan sağlam, demokratik dəyərlərə əsaslanan dialoq prinsipləri siyasi partiyalar arasında da təkminləşdirilməkdədir. Bu baxımdan YAP-ın VII qurultayında 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması və qarşılıqlı sağlam siyasi əməkdaşlıq münasibətlərinin qurulması mühüm əhəmiyyət kəsb edir.

Dövr və zamanın tələbləri dəyişdikcə siyasi qanunvericilikdə də müəyyən dəyişikliklərin, islahatların həyata keçirilməsi labüddür. 44 günlük şanlı Zəfərdən sonra Azərbaycan bölgədə və regionda yeni reallıqlar yaratdı və bu reallıqlar yeni çağırışları gündəmə gətirir. Xüsusilə qeyd etmək lazımdır ki, Beynəlxalq aləm, dünya ölkələri tarixi Zəfərimizdə Azərbaycan xalqının birliyinin, vətəndaş həmrəyliyinin müstəsna rol oynadığının şahidi oldu. Vətən müharibəsində 50-dən artıq siyasi partiya həyata keçirilən siyasətə dəstəyini Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi ilə ifadə etdi. 

"Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin qəbul olunması ölkəmizdə sağlam siyasi dialoqun mövcudluğunu bir daha təsdiq etmiş oldu. Yeni qanunda siyasi partiyanın necə təsis edilməsi, reyestrdə onlarla bağlı hansı məlumatların olması, partiya fəaliyyəti üçün tələblər, habelə siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmləri, partiya üzvlüyünə məhdudiyyətlər, partiyaların rəmzlərinin müəyyənləşməsi, onların maliyyələşməsinin təşkili, qeydə alınmayan və ya qeydiyyatı ləğv edilən siyasi partiyanın fəaliyyətinin nədən ibarət ola biləcəyinə və sair məsələlərə dair məqamlar yer alıb. "Siyasi partiyalar haqqında" yeni Qanun ümumilikdə siyasi partiyaların normal fəaliyyətinə daha geniş imkanlar yaradacaq. Bu gün ölkəmizdə sağlam siyasi mühitin mövcudluğu Azərbaycanın demokratik dəyərlərə sadiq dövlət olmasının bariz təzahürüdür.