YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində rəsm sərgisi keçirilib

Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində rəsm sərgisi keçirilib. Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 saylı Uşaq Evində təşkil edilən “Azərbaycan - yurdum mənim!” adlı rəsm sərgisinin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sərgidə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sərginin açılışında çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, 1 saylı Uşaq Evinin direktoru Nərminə Zöhrabova və başqaları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunan sərginin əhəmiyyətini vurğulayıblar.

Bildiriblər ki, Azərbaycanda uşaqların sağlam, firavan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərib, onların ən böyük himayədarı olub. Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb, müvafiq qanunvericilik aktları qəbul edilib.

Uşaqlarla bağlı dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, bütün uşaqların sevimlisi Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun, həmçinin Fondun I vitse-prezidenti Leyla xanım Əliyevanın həyata keçirdiyi layihələr dövlət uşaq siyasətinin rellaşdırılmasında müstəsna rol oynayır.

Çıxışlarda həmçinin qeyd olunub ki, uşaqların vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində onların asudə vaxtlarının səmərəli təşkilində və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında bu cür sərgilərin böyük əhəmiyyəti var.

Çıxışlardan sonra sərgiyə baxış olub. Tamaşaçılara vətənpərvərlik mövzusunda, həmçinin müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri və əl işləri təqdim edilib.

Sərgiyə 1 saylı Uşaq Evinin kollektivinin hazırladığı musiqili kompozisiya ilə yekun vurulub.