YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülhün təmin olunmasında maraqlıyıq

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.

44 günlük  Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusu düşmənə layiqli və sarsıdıcı zərbə vuraraq 30 il ərzində işğal altında qalan torpaqlarımızı işğaldan azad etdi və tarixi ədalət bərpa olundu.

Tarixi zəfərdən sonrakı dövr ərzində ölkə Prezidentinin müvafiq tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə start verilmişdir. Erməni vandalları 30 illik işğal dövründə şəhər və kəndlərimizi, tarixi mədəniyyət abidələrimizi məhv etmiş, dövlətimizə ciddi maddi və mənəvi ziyan vurmuşdur. Bu gün Azərbaycan dövləti tək başına, daxili maliyyə vəsaitləri hesabına işğaldan azad olunmuş şəhər və kəndlərimizin bərpa işlərini uğurla davam etdirir.

İşğaldan azad olunan ərazilərimizdə yol, dəmiryol nəqliyyatı infrasturukturunun, sənaye parklarının, hava limanlarının və bir sıra strateji əhəmiyyətə malik obyektlərin inşası istiqamətində qısa müddət ərzində böyük işlər görülmüşdür və bu proses bu gündə uğurla davam etdirilir.

Prezident İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında bildirib ki, “30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib. Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub.”

Qeyd edək ki, Zirvə görüşündə aparılan müzakirələr, qəbul olunan qərarlar, eləcə də Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokolun imzalanması türkdilli ölkələr arasında əməkdaşlığın gələcək inkişaf prespektivlərinə mühüm töhfələr vermiş oldu.

Azərbaycan dövləti Ermənistandan fərqli olaraq hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə siyasət aparır və bölgədə sülhün təmin olunmasında maraqlı olan bir ölkədir.

DİGƏR Xəbərlər Arxiv