YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dialoqa hər zaman hazırıq

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Ölkəmizdə siyasi dialoqun formalaşdırılmasına, təkmilləşdirilməsinə göstərilən təşəbbüslər bilavasitə dövlətin və cəmiyyətin, demokratiyanın inkişafı, hüquqi mühitin qorunması, dayanıqlı olması baxımından çox əhəmiyyətlidir.

Prezident  İlham Əliyev qeyd edib ki, müxalifəti təmsil edən nümayəndələr bəzən iqtidarın görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, unutmaq lazım deyil  ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.

Cənab  İlham Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə, istər beynəlxalq aləmdə, istərsə də respublika daxilində münasibətlərin normallaşdırılması, aydınlaşdırılması, yaxşılaşdırılması üçün əməkdaşlığın genişləndirilməsinə, dialoqların təşkilinə ehtiyac olduğunu gündəmə gətirmiş, problemlərin həllində danışıqların ən doğru çıxış yolu olduğunu bildirmişdir.

“Siyasi partiyalar haqqında” yeni Qanun bir sıra vacib məqamlarla diqqəti xüsusi çəkir. Yeni Qanuna əsasən Siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılır. Hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər.

İqtidar siyasi dialoq prinsiplərinə hər zaman sadiqdir. Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin təzahürdür.

Ölkənin siyasi sisteminin əsas təsisatlarından olan siyasi partiyalar sözügedən proseslərdə fəal iştirak etməli, milli və siyasi birliyin, həmrəyliyin qorunması naminə bütün zəruri tədbirləri görməlidirlər. Prezident  İlham Əliyevin qeyd etdiyi kimi  bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var və bunun üçün ölkədə tam şəffaf mühit formalaşdırılıb.

Ölkədə bərqərar olan dialoq təşəbbüsləri demokratik ənənələrin dərinləşdirilməsinə xidmət edir. Siyasi proseslərə qiymət verərkən, obyektivlik naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır.

Regionda formalaşan yeni reallıq və dünyada cərəyan edən mürəkkəb siyasi proseslər siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət meyarlarına adekvat olmalarını tələb edir.“Siyasi dialoq” artıq sadəcə demokratik məzmunlu atributiv xarakterli bir məfhum kimi yox, siyasətdə təkmil, konstruktiv, məsuliyyətli və peşəkar münasibətlərin mövcudluğunu şərtləndirən işlək mexanizm kimi qəbul olunmalıdır.

Ölkədə milli dövlətçiliyik və demokratik ənənələrin inkişafı, habelə sağlam dialoq mühitinin dəstəklənməsi naminə irəli sürülən təşəbbüslərdə istənilən siyasi qüvvə  iştirak etməli dövlətin mənafeyi üçün öz  töhfəsini verməlidir.