YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Azərbaycana 100 ədəd Т-90S tankı göndərib

Rusiya Azərbaycana 100 ədəd Т-90S tankının göndərilməsini başa çatdırıb, Bakıya tankların bu həcmdə ikinci partiyasının çatdırılması da mümkündür. Trend-in malumatına görə, bu barədə İTAR-TASS-a "Kadeks-2014" sərgisi zamanı Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidməti direktorunun müavini Konstantin Biryulin bildirib.

O deyib: "Bütün partiyanın - 100 tankın göndərilməsi bir ay əvvəl başa çatıb".

K.Biryulin əlavə edib ki, başa çatmış müqavilədə təxminən eyni sayda Т-90S tankının Azərbaycana göndərilməsi barədə opsion mövcuddur: "Lakin ikinci hissə üzrə hələlik müqavilə bağlanmayıb".