YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətəndaşlıq borcu

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, YAŞAT Fondun Lerik rayonu üzrə nümayəndəsi Əlizamin Rzayev Novruz bayramı ərəfəsində rayonun bir qrup şəhid ailəsini ziyarət edərək, onlara bayram sovqatları çatdırıb.

Görüşlərdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla anılıb. Qeyd olunub ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə fəxr edir, qürur duyuruq.

Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən qazanılan Böyük Zəfər 30 ildən çox davam edən ədalətsizliyə son qoyub. Xalqımızın qəhrəman əsgər və zabitlərinin fədakarlığı ilə Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.