YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatının növbəti ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Məsud Əliyev küçəsi 135” ünvanı üzrə (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı) yeni ərazi partiya təşkilatı təsis edilib.

Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının müdiri Müseyib Əliyev çıxış edərək ərazi partiya təşkilatının fəaliyyətinə uğurlar arzulayıb.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bildirib ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub. Əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Jalə Əhmədova ərazi partiya təşkilatının sədri, Ayşən Qasımova sədr müavini seçilib.