YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarının sırasına daha biri əlavə olunub

Martın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarının sırasına daha biri- Mehdi Mehdizadə 31 ünvanında yerləşən ərazi partiya təşkilatı əlavə olunub.

Yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin daha dərindən təhlil edilməsinə, indiki və gələcək nəsillərə çatdırılmasına geniş imkanlar açır. Ümummilli Liderin xidmətləri sırasında bu gün 800 minə yaxın üzvü birləşdirən, cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd edirik. YAP dünənin, bu günün və gələcəyin partiyası olaraq qarşıya qoyduğu hər bir hədəfə yüksək səviyyədə nail olmaqla belə bir əminliyi səsləndirməyə əsas verir ki, bu nəhəng siyasi qüvvə bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Azərbaycanın dünyaya səs salan tarixi Zəfərinin reallıqları partiyanın da qarşısında yeni vəzifələr qoyub. Bu gün YAP-ın hər bir rayon və şəhər təşkilatı, partiyanın üzvləri yeni Nizamnaməyə və Proqrama uyğun olaraq bu vəzifələrin icrasına öz töhfələrini verməyə səy göstərirlər.

Sonda təşkilati məsələlərə baxılıb. Ruslan Mirzəliyev YAP Xətai rayon təşkilatı Mehdi Mehdizadə 31 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Əşrəf Qurbanov isə sədr müavini seçiliblər.