YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin zəngin irsi milli sərvətimizdir

Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatı Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə ərazi partiya təşkilatında “Ulu öndər Heydər Əliyevin zəngin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov bildirib ki, ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsi real müstəqilliyə nail olmaq, bütöv, bölünməz Azərbaycanı qoruyub saxlamaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək üçün əsas vasitədir. H.Cəfərov ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin milli dövlətçilik ənənələrini qoruduğunu və həyata keçirdiyi azərbaycançılıq ideologiyasının ölkəmizin inkişafına təkan verdiyini söyləyib: “Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır. Bu Heydər Əliyev ideyalarının real bəhrəsi, onların gerçəkləşməsidir”.

Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nuranə Mirzəyeva və digər çıxış edənlər vurğulayıblar ki, azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideya halına gəlməsi, ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir.