YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid övladları diqqət mərkəzindədir

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının əməkdaşları şəhid Nurlan Həsənovun övladı Məhəmməd Həsənovun doğum günü münasibətilə ailəsini ziyarət edib.

Görüşdə şəhidin keçdiyi şərəfli həyat yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, döyüş yolu, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib.

Şəhidin atası qeyd edib ki, övlad itirmək valideyn üçün çox çətindir. Amma bu gün Nurlanın balaları onun bizlərə əmanətidir.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.