YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Parlamenti kimə qarşıdır?

Nurlan Qələndərov

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında fəal təmaslar var, hər iki tərəf əməkdaşlığın genişləndirilməsi niyyətini aydın ifadə edir. Amma Aİ-nin Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək əzmini nümayiş etdirməsinə baxmayaraq, Avropa Parlamenti (AP) proseslərə mənfi təsir göstərməyə çalışır. Avropa İttifaqının üç vacib qurumundan biri olan AP-nin bir qrup siyasi korrupsioner deputatın canfəşanlığı və erməni lobbisinin təşəbbüsü ilə ölkəmizin əleyhinə qərəzli “müzakirə” platformasına çevrilməsi bunun bariz nümunəsidir.

Azərbaycan Aİ-nin etibarlı və perspektivli tərəfdaşı, mühüm regional güc mərkəzidir. Belə olan halda, Avropa Parlamenti anti-Azərbaycan mövqeyi ilə Avropa İttifaqına qarşı çıxış edir. Sual olunur: AP Aİ əleyhinə fəaliyyətə start verib, yaxud qurum daxilində mərkəzdənqaçma ilə - siyasi separatizmlə məşğuldur?! Yeri gəlmişkən, bir müddət öncə Belçikanın "Eureporter.co" saytında Avropa Parlamentinin Azərbaycan tərəfinin məktublarını erməni diasporuna sızdırması barədə material dərc edilmişdi. Bu, Aİ ilə Bakı arasında gərginlik yaratmaq cəhdi idi...

AP-nin öz siyasi məsuliyyətini “unutması” və Aİ-nin bəyan etdiyi prinsiplərə zidd fəaliyyət göstərməsi qəbuledilməzdir. Bir tərəfdən Aİ Azərbaycan ilə əməkdaşlığın önəmindən bəhs edir, digər tərəfdən AP qərəzli addımlar atır. Eyni zamanda, Avropa İttifaqının “səmimi tərəfdaşlıq” ifadəsi ilə Avropa Parlamentinin Azərbaycan əleyhinə platformaya çevrilməsi, səfirin məktublarını erməni diasporunun nümayəndələrinə ötürməsi kimi faktlar üst-üstə düşmür. Hər halda, AP bu barədə ciddi düşünməlidir. Təkcə düşünmək isə yetərli deyil!

DİGƏR Xəbərlər Arxiv