YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Reallığın dünyaya çatdırılması...

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Martın 9-da Bakı şəhərində keçirilən və  ildən-ilə daha çox əhəmiyyət kəsb edən X Qlobal Forumu keçirilib. Bakı Forumu qlobal çağırışların müzakirəsi üçün unikal platforma adlandırılır.  Bu isə  dünya səviyyəli ictimai-siyasi xadimlərin Prezident İlham Əliyevin təşəbbüsü ətrafında cəmləşməsi sayəsində baş verir. Prezident İlham Əliyev X Qlobal Forumunun açılışında qeyd etdi ki, “İştirakçıların səviyyəsi və Qlobal Bakı Forumunun intellektual səviyyəsi digər beynəlxalq konfransların səviyyəsinə uyğundur.  

İndi Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır. Bunun əsasında isə Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən məqsədyönlü siyasət, verilən qəti qərarlar, əlverişli biznes mühiti və yaradılan müasir infrastruktur dayanır. Beynəlxalq tədbirlər Azərbaycandakı mövcud reallığın dünyaya çatdırılması, əldə edilən nailiyyətlərin nümayiş etdirilməsi baxımından da olduqca  vacibdir. İldən-ilə iştirakçılarının sayı artan Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişlənir. Qlobal Bakı Forumu  ̶  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi forumdur. 2013-cü ildən indiyədək 10 forum keçirilib.

Forumda 60 ölkədən 300-ə yaxın iştirakçı, o cümlədən keçmiş prezidentlər və hökumət başçıları iştirak edir. Forum çərçivəsində mühüm məsələlər, yeni dünya düzəninin formalaşması aspektləri, eləcə də qlobal təhlükəsizlik perspektivləri və qarşıda duran çağırışlar ətrafında müzakirələr və panel müzakirələri aparılır. Siyasi analitiklərin fikrincə, Bakıda keçirilən Qlobal Forum yeni yanaşmaların işlənib hazırlanması və səmərəli müzakirələr üçün son dərəcə rahat və nüfuzlu platforma kimi özünü təsdiqləyir. 

Forumda müzakirələrin səviyyəsinin yüksək olacağını vurğulayan dövlətimizin başçısı bildirdi ki, göstəriləcək yeni həllər çox dəyərli olacaq. Buna görə də, ötən dəfə olduğu kimi, indiki Bakı Forumunda da aparılan müzakirələr və fikir mübadiləsi dünya gündəmində olan ən mühüm problemlərin öyrənilməsinə və həllinə öz töhfəsini verəcək. Qeyd edək ki, X Qlobal Bakı Forumunun mövzusu təkcə bu gün bütün dünyada siyasi elitanı və ekspertləri narahat edənləri deyil, həm də Azərbaycanın bu çağırışlarla mübarizədə unikal təcrübəsini ortaya qoyur. Prezident İlham Əliyevin siyasəti sayəsində ölkəmizin Avropada enerji böhranının nəticələrinin yumşaldılmasında rolu getdikcə artır.

Bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, əvvəlki illərdə olduğu kimi, Azərbaycan paytaxtında keçirilən və müzakirə olunan mövzuların zənginliyi ilə seçilən X Qlobal Bakı Forumu da dünyanı düşündürən problemlərin həlli yollarının tapılması baxımından səmərəli olacaqdır.