YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Builki Avrasiya İqtisadi Zirvə Toplantısının mühüm rəmzi mənası var

İnsan iradəsindən kənar baş verən təbii fəlakətlər fərdlərin, xalqların, dövlətlərin bir-birinin dəstəyinə, həmrəyliyinə nə qədər ehtiyacı olduğunu bir daha nümayiş etdirir.

Bu barədə Prezident İlham Əliyevin XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciətində deyilir.

Dövlətimizin başçısı vurğulayıb ki, bu baxımdan “Güvənsizliyi bitir, işbirliyinə başla!” devizi altında keçirilən builki Avrasiya İqtisadi Zirvə Toplantısının mühüm rəmzi mənası var.