YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı-2015” ilk Avropa Oyunlarının təşkili ilə bağlı tələb olunan radiotezliklərin ayrılması üçün sayt yaradılıb

“Bakı-2015” birinci Avropa Oyunlarının təşkili ilə bağlı tələb olunan radiotezliklərin ayrılması üçün www.rdlass-baku2015.com adlı sayt yaradılıb.

Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, ölkəyə idxal olunan radioelektron vasitələrin sınaq yoxlanılması üçün həm test avadanlığı var, həm də sayt yaradılıb. Birinci Avropa Oyunlarında iştirak edən ölkələrin komandaları, eləcə də jurnalistlər əvvəlcə sayta müraciət edərək, gətirəcəkləri müvafiq radiotezliklə işləyən avadanlıq haqqında məlumat verirlər. Yalnız xaricilər deyil, eyni zamanda yerli KİV nümayəndələri də sayta müraciət edə bilərlər. “Bakı-2015" Avropa Oyunlarının Əməliyyat Komitəsi müraciətləri təsdiq etdikdən sonra tezliklərin ayrılmasına icazə verilə bilər. Təsdiqlənmə prosesindən sonra müraciətlər araşdırılır. Gətiriləcək avadanlığın texniki parametrləri uyğun olarsa, ona tezlik ayrılır. Daha sonra sayt vasitəsilə qarşı tərəfə avtomatik olaraq lisenziya göndərilir və istifadəsinə icazə verilmiş parametrlər göstərilir. Bu proses həm təhlükəsizlik, həm də tezliklərin maneəsiz işləməsi üçün nəzərdə tutulub. Bu məqsədlə təxminən 10 minə qədər tezliklərin ayrılacağı gözlənilir.

Sayt sonradan tezliklərin ayrılması, uçot-qeydiyyatının aparılması, radio elektron vasitə üçün xüsusi icazələrin və lisenziyaların verilməsinə xidmət göstərəcək.