YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı, Sumqayıt Şəhər İcra Hakimiyyəti və “Azərikimya” İstehsalat Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Şəhərin Sülh prospektində və Sumqayıt şəhər bulvarında 300-dən çox müxtəlif növ ağac əkilib. Aksiya iştirakçıları tərəfindən əkilmiş ağaclar suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, son bir ayda şəhərin Heydər Əliyev prospektində, Sülh prospektində, Heydər Əliyev parkında, Nəsimi parkında və Sumqayıt şəhər bulvarında 3500-dən çox müxtəlif növ ağac əkilib.

Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, təbiətə qayğı hissini təbliğ etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə verməkdir.

Təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların genişləndirilməsi ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ümummilli Liderin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü, həmçinin dəstəyi ilə həyata keçirilən “Hərəmiz bir ağac əkək!” layihəsi və bu qəbildən olan layihələr ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük töhfədir.