YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı 8 nömrəli ərazi partiya təşkilatının fəalları və Şuşa şəhər 20 nömrəli tam orta məktəbin müəllim kollektivi şəhid Əzəmi Əli oğlu Hüseynovun ailəsini ziyarət ediblər.

Söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub.

Ərazi partiya təşkilatının sədri Şakir Abbasov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.