YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin xatirəsi anılıb

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xocavənd rayon Tuğ kənd sakini Göyüşov Məzahir Niyaz oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin məzarları önünə tər güllər düzülüb, onların əziz xatirəsinə dərin ehtiram ifadə olunub.

Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Vətən müharibəsində qazanılan zəfərdən və şəhid Məzahir Göyüşovun döyüş yolundan danışıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən 44 günlük mübarizədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirdiyini, əsgər və zabitlərimizin qəhrəmanlıq salnaməsi yazaraq, düşmən üzərində parlaq qələbə qazandığını bildirib.

Eyvaz Hüseynov belə qəhrəman övlad böyütdükləri üçün şəhidin valideynlərinə minnətdarlığını bildirib. Məzahir kimi övladların igidliyi, qəhrəmanlığı sayəsində 30 illik Vətən həsrətinə son qoyulduğunu, torpaqlarımızın işğaldan azad edildiyi diqqətə çatdırılıb.

Şəhidin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini deyib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.