YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda “Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

Xətai Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı  “Heydər Əliyev İli” çərçivəsində   Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyalarına başlayıb. Son bir ayda rayonun  C.Həsənov, X.Məmmədov, Ç.Kərimov küçələrində, Gəncə prospektində, Heydər Əliyev və “Gənclik” parklarında  3000-dən çox müxtəlif növ ağaclar əkilib.

Martın 11-də növbəti ağacəkmə aksiyası  rayonun Heydər Əliyev və “Gənclik” parkında, Gəncə prospekti, General  Mehmandarov və Məhəmməd Hadi küçələrində keçirilib. Aksiyada 500-dən çox ağac əkilib.

Təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların genişləndirilməsi  ulu öndər  Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ümummilli Liderin  əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının Sərəncamı ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya İli” elan edilməsi də özündə bu məqamları ehtiva edir. Prezident İlham Əliyev bu çağırışı etmişdir ki, görüləcək işlər yalnız bir il  ilə məhdudlaşmamalıdır və daim davam etdirilməlidir.  Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək!” layihəsi də ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük töhfədir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü, həmçinin dəstəyi ilə həyata keçirilən layihələri də xüsusi qeyd etməliyik.

Xətai Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə keçirdiyi  ağacəkmə aksiyasının   məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, təbiətə qayğı hissini təbliğ etməkdir.