YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın rayon və şəhər təşkilatları ağacəkmə kampaniyası keçirib

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının Xaçmaz, Laçın, Ağdam, Ağstafa, Naftalan, Zərdab, Lənkəran, Saatlı rayon və şəhər təşkilatları yerli icra hakimiyyətləri ilə birgə ağacəkmə kampaniyası keçirib.

Kampaniyada YAP-ın yerli təşkilatlarının rəhbərləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şam, çinar, zeytun və sərv olmaqla ümumilikdə 3000-ə qədər müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

DİGƏR Xəbərlər Arxiv