YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər ölkə yeni çağırışlarla ayaqlaşa bilmir, amma Azərbaycan...

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri  

Müstəqil Azərbaycan Respublikasının banisi, ümummilli liderimiz Heydər  Əliyevin müəllifi olduğu inkişaf strategiyası bugünkü və gələcək nəsillər üçün örnəkdir. Ulu öndər Heydər Əliyevin demokratik inkişafla bağlı müəyyənləşdirdiyi yol, onun fikirləri, ideyaları bu gün də dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla və böyük yaradıcılıqla davam etdirilir. Gənc dövlətimizin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün oldu. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. İqtisadi yüksəliş, ordu quruculuğu, idarəetmədə şəffaflığın artırılması, mütəşəkkil cinayətkarlıqla mübarizə inkişafa gedən yolun başlanğıcı oldu.

Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Dünyanın əksər ölkələrində təşkilatlanaraq Azərbaycana qarşı müxtəlif kampaniyaların həyata keçirilməsinə hər cür dəstək verən erməni diasporu getdikcə həqiqətlər qarşısında aciz duruma düşdü.  Bütün çıxışlarında “Qarabağ Azərbaycandır!” – deyən, Prezident İlham Əliyev onu gerçəkliyə çevirdi. Hazırda Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda abadlıq-quruculuq işləri aparır və bu bölgəmizin bütün dünya azərbaycanlıların fəxr, qürur ünvanına çevrilməsi işini görür.

Heç şübhəsiz, Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində reallaşır və kompleks xarakter daşıyır. Bu gün Azərbaycan regionun lider dövləti kimi beynəlxalq arenada tam söz sahibinə çevrilib. Məhz Azərbaycanın təşəbbüsü və maliyyə dəstəyi ilə Prezident İlham Əliyevin birbaşa şəxsi iradəsi hesabına reallaşan TANAP və TAP layihələri, Cənub Qaz layihəsi, Bakı-Tbilisi-Ceyhan layihəsi vasitəsilə Azərbaycanın neft-qaz məhsulları dünya bazarına çıxarıldı.  Ona görə də ölkəmiz həm siyasi, həm iqtisadi, həm də investisiya baxımından çox dünya  dövlətləri üçün cəlbedici ölkədir. Yola saldığımız 2022-ci il də Azərbaycan üçün uğurlu il oldu. Dövlət başçısının rəhbərliyi ilə bir çox irimiqyası layihələr icra olundu və ölkəmizin nəqliyyat, tranzit və logistika potensialını daha da yüksəltdi.

Bu gün bütün dünyada artan xaosun, konflikt və böhranların şahidi oluruq. Dünyada yeni dünya düzəni formalaşmaqdadır. Artıq  yeni çağırışlar var və bu çağırışlara cavab vermək hər bir ölkənin gücündə deyil. Hər bir ölkə yeni çağırışlarla ayaqlaşa bilmir. Amma Azərbaycan tam davamlı, dayanıqlı iqtisadiyyat qurub, sosial-siyasət yüksək səviyyədədir.

Bundan sonra da müdrik və qədirbilən xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.