YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavab verməli olacaqlar

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan 2011-ci ildən üzv olduğu Qoşulmama Hərəkatının fəal və obyektiv mövqeyə malik olan bir üzvüdür. Qoşulmama Hərəkatına üzv olduğu dövrdən bu günə kimi ölkəmiz öz prinsipial mövqeyi və uğurlu əməkdaşlıq fəaliyyəti ilə yadda qalan ölkələrdən biridir.

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev dünyada və regionda baş verən aktual məsələlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verərək bildirdi ki, ölkəmiz üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Biz Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə dəvət edirik.

Qeyd edək ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb.

Eyni zamanda, 44 günlük Vətən müharibəsinin başa çatmasından ötən müddət ərzində 300 Azərbaycan vətəndaşının mina partlayışları nəticəsində həlak olduğunu və ya ağır yaralandığını diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən xeyli müddət və milyardlarla ABŞ dolları lazımdır.

Bu gün Ermənistanın bu cinayətlərinə dünyanın hələ də ciddi reaksiya verməməsi təəssüf doğurur. Ermənistana təzyiq göstərməməklə dünya, beynəlxalq aləm Azərbaycanı dəhşətli faciə ilə üz-üzə qoyub. Dünya birliyi haqdan-ədalətdən danışır, lakin Ermənistana təzyiq etmirlər, ərazilərimizin minalardan təmizlənməsinə dəstək göstərmirlər. Ümumilikdə, nəzər yetirsək görərik ki, Ermənistan istər 30 illik işğal dönəmində, istərsə də postmünaqişə dövründə qeyri konstruktiv mövqe nümayiş etdirib. Ermənistan bu cür təxribatları ilə Beynəlxalq Hüququn norma, prinsiplərini bu gündə kobud şəkildə pozmaqdadır və gec tez bu çirkin əməllərinə görə cavab verməli olacaqdır.

Prezident İlham Əliyev çıxışında 44 günlük Vətən müharibəsinin nəticələri, habelə postmünaqişə dövründə  Ermənistan-Azərbaycan münasibətlərinin nizama salınması ilə bağlı tarixi və siyasi proseslər barədə məlumat verib və bildirib ki, münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib.