YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Onların üzərinə çox böyük vəzifələr düşür

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

 “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”. Bu fikir Ulu Öndərimiz Heydər Əliyevə məxsusdur. Ölkəmizdə qadın hərəkatı, dövlət qadın siyasəti, onun dövlət səviyyəsinə qaldırılması məhz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətdə olduğu illərdə bu yönümdə bir çox qanunlar qəbul olunmuş, Fərman və Sərəncamlar imzalanmışdır.

Bu gün Azərbaycanda əsası Ulu Öndərimiz  Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük yüksəliş mərhələsinə qədəm qoymuş, qadınlara göstərilən dövlət qayğısı daha da gücləndirilmiş, qadınların Azərbaycan cəmiyyətindəki mühüm rolu daha da artmışdır.

44 günlük Vətən müharibəsində xalqımıza Şanlı Qələbəni bəxş edən qəhrəman şəhidlərimizin, igid qazilərimizin, rəşadətli əsgər və zabitlərimizin anaları da məhz, fədakar Azərbaycan qadınlarıdır. Azərbaycan qadını - Qəhrəman ana, Qəhrəman bacı, Qəhrəman həyat yoldaşıdır.

Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə qadınlara göstərilən diqqət və qayğı, Azərbaycan cəmiyyətində qadınların rolunun artırılması yönündə həyata keçirilən məqsədyönlü tədbirlər, icra olunan layihələr dünyanın bütün lider qadınlarına bir örnəkdir. Odur ki, Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti, isməti və gözəlliyi, cəmiyyətdəki fəal rolu ilə dünya qadınlarına bir nümunədir.