YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixin dönüş mərhələsi

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Tarixin dönüş mərhələsində ən düzgün yol seçən böyük azərbaycanlı” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkil olunan tədbirlərin müstəqil Azərbaycanın qurucusu olan dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və gənc nəsil arasında təbliği məqsədi daşıdığını vurğulayıb.

G.Bayramov ümummilli lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli fəaliyyətindən, eləcə də müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna xidmətlərindən bəhs edib.  Bildirib ki, tarixdə elə şəxsiyyətlər var ki, adı və əməlləri dünya durduqca yaşayır və gələcək nəsillərə örnək olmaqla, onların yolunda əbədi məşəl yandırır. Adı müasir bəşər tarixinə qızıl hərflərlə həkk olunmuş xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir.

Samux rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu vurğulayıb. Qeyd edib ki, istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq.

Tədbirdə çıxış edən ərazi partiya təşkilat sədrləri Mirzəmməd Orucov, Aytən Məmmədova, Ramin Bayramov və partiya fəalları Şəlalə Tağıyeva, Gülvin Babayeva bildiriblər ki, bu gün ümummilli lider Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.

DİGƏR Xəbərlər Arxiv