YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərəfli qadın ömrü

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı və Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Şərəfli qadın ömrü” mövzusunda şəhid anaları və fəal qadınlarla görüş keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qadınları qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, Azərbaycan qadınının öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutduğunu deyib.

Bildirib ki, dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. 

Rayon təşkilatının sədri ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyini, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, qadınların fədakar əməyinin yüksək qiymətləndirildiyini, müxtəlif sahələrdə çalışan qadınlara fəxri adların, fərdi təqaüdlərin verildiyini, orden və medallarla təltif olunduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə və dünya miqyasında gerçəkləşdirdiyi humanist missiya, çoxşaxəli fəaliyyət Azərbaycan qadınının beynəlxalq aləmə təqdim etdiyi nadir örnək kimi qəbul olunur. 

Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva cəmiyyətdə və ailədə qadınların rolundan danışıb. Həmçinin vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan qadınının şücaəti təqdirəlayiqdir.

Tədbirdə şəhid anası Günay Seyfullayeva, fəal qadınlar Göyçək Ələsgərova, Dilarə Hüseynova, Lətifə Qənbərzadə, Nazilə Hüseynova, Mənijə Yəhyayeva, Nailə Əsədullayeva, Fəridə Ağayeva, Natəvan Əliyeva və başqaları çıxış edərək qadınların cəmiyyət həyatında fəallığından danışıblar.