YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə növbəti ağacəkmə aksiyası keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiya zamanı Tərtər şəhərinin Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə, Şıxəli Qurbanov, Mahir Əsədov küçələrində və “Sabir” parkında 700 ədəd Eldar şamı, 1000 ədəd qızılgül və 100 min ədəd həmişəyaşıl kolu əkilib.

Aksiyada YAP Tərtər rayon təşkilatının, Tərtər RİH-in əməkdaşları, partiya fəalları, idarə, müəssisə və təşkilat nümayəndələri iştirak ediblər.