YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əla fürsətdir

Bilal Hayee: Mən bu çox böyük təşkilata sədrlik edən Azərbaycan Prezidentinə səmərəli və çoxenerjili rəhbərliyinə görə təşəkkür edirəm

Qoşulmama Hərəkatı son 3-4 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha təsirli, daha səmərəli fəaliyyət göstərir və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına daha çox cavab verir.

Bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün iştirakçısı Pakistanın Azərbaycandaki səfiri Bilal Hayee söyləyib.

Səfir bildirib ki, beynəlxalq ictimaiyyət və inkişaf etməkdə olan ölkələr COVID-19-dan sonra bərpa mərhələsindədir. Ona görə də bu Sammit yalnız sağlamlıqla məhdudlaşmır, eyni zamanda, bəzi ölkələrin iqtisadi inkişafı ilə bağlı problemlərinin həlli istiqamətində nə edilə biləcəyinin müzakirəsi üçün xüsusi sessiyadır.

Dünyanın hələ də qlobal təchizat zəncirində inflyasiya problemindən əziyyət çəkdiyini diqqətə çatdıran səfir Bilal Hayee deyib: “Dünyada, xüsusən də inkişaf etməkdə olan ölkələrdə qida çatışmazlığı var. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə tədbirdə iştirak edən liderlərin çağırışlarının yumşaldılmasının yollarını və vasitələrini müzakirə etmək üçün əla fürsətdir. Ona görə də biz çox minnətdarıq. Mən bu çox böyük təşkilata sədrlik edən Azərbaycan Prezidentinə səmərəli və çoxenerjili rəhbərliyinə görə təşəkkür edirəm”.