YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsrin soyqırımı

“Xocalı soyqırımı nəinki əsrin soyqırımı‚ hətta bəşər sivilizasiyasının ən qanlı və qorxunc insan qətliamlarındandır. Xocalı soyqırımı mahiyyətcə misli bərabəri olmayan kütləvi terror və hərbi cinayətdir”.

Bu barədə İsrail Təhlükəsizlik Akademiyasının  Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyinin bəyanatında deyilir.

“1992-ci ilin fevralın 25-dən 26-na keçən qarlı və boranlı qış gecəsində Ermənistan hərbi qüvvələri xaricdən gətirilmiş muzdlu döyüşçülərlə birlikdə Azərbaycanın Xocalı şəhərinə daxil olaraq bütün şəhəri darmadağın etmiş‚ əliyalın günahsız insanları gülləbaran etmiş‚ qoca və uşaq demədən qundaqdakı körpələrə qədər süngülərə keçirmiş‚ insanları tankların altında əzmişlər. Bununla da erməni silahlı qüvvələri azərbaycanlılara qarşı tarixdə misli görünməyən barbarlıq və vandalizm törətmişlər. Beləcə, Ermənistan hərbi qüvvələri tarixin ən ağır qanlı qətliamlarından və kütləvi insan qırğını olan Xocalı soyqırımını törətmişlər. 

Azərbaycan xalqına başsağlığı verir‚ erməni cinayətlərini və vəhşiliyini şiddətlə pisləyir‚ Xocalı soyqırımı qurbanlarını hörmət və ehtiramla anırıq. Hər zaman Azərbaycan xalqının və dövlətinin yanında olduğumuzu ifadə edirik”,- bəyanatda qeyd olunur.