YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı soyqırımı milli yaddaşımızdan silinməyəcək

Bu gün Azərbaycan tarixinin ən dəhşətli və unudulmaz səhifələrindən biri olan Xocalı faciəsindən 31 ötür. Xalqımız hər il olduğu kimi bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir.

Bunu Milli Məclisin deputatı İmamverdi İsmayılov bildirib.

Onun sözlərinə görə, unudulması mümkün olmayan, xalqımızın qəlbində sağalmaz izlər qoyan Xocalı soyqırımı heç zaman milli yaddaşımızdan silinməyəcək. “Tarixə nəzər salsaq görərik ki, erməni caniləri tərəfindən xalqımıza qarşı törədilən bu cür dəhşətli faciə ilk deyil, dəfələrlə oxşar cinayətlər törədilib. Onlar türk-müsəlman əhalisinə bəslədikləri kini, nifrət hisslərini hər zaman açıq etiraf ediblər”, - deyə deputat vurğulayıb.

Xocalı soyqırımını bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri hesab edən İ.İsmayılov deyib ki, misli görünməmiş bu qətliam erməni faşizminin iç üzünü dünyaya nümayiş etdirən, onların xislətini açıq-aydın ortaya qoyan faciədir.

“Ermənistanın həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox təşkilatların səmərəli fəaliyyəti nəticəsində bundan sonra da xeyli işlər görüləcək, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində soyqırımı həqiqətləri bütün dünyaya çatdırılacaq”, - deyən deputat fikirlərini yekunlaşdırıb.