Xəbərlər
Birinci Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gəlmiş missiya rəhbərləri ilə ilk görüş keçirilib

Birinci Avropa Oyunlarında iştirak edəcək ölkələrdən 34-nün Milli Olimpiya komitələrinin (MOK) üzvləri artıq Atletlər kəndində yerləşib.
“Bakı-2015” Əməliyyat Komitəsi həmin MOK-ların üzvləri ilə görüş keçirib.
Görüşdə nümayəndə heyətlərinə Oyunlar barədə son məlumatlar verilib.
Belə görüşlərin iki gündən bir dəfə keçirilməsi planlaşdırılır. Növbəti görüşün iyunun 9-da keçirilməsi nəzərdə tutulub.