YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məşhur “Skylife” jurnalında birinci Avropa Oyunlarına həsr olunan məqalə dərc edilib

“Türk Hava Yolları” şirkətinə məxsus “Skylife” jurnalının iyun buraxılışında “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunan məqalə dərc edilib. “Avropanın qəlbi Bakıda” adlı məqalədə ilk Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycan, paytaxt Bakı haqda məlumat verilib.

“Bakı Şərq, Avropa və müasirliyin bənzərsiz birləşməsidir. İyunun 12-dən 28-dək isə bütün dünyanın gözü Avropanın şərqindəki bu paytaxtda olacaq”, - deyə məqalədə bildirilir.

Yazıda Bakının yüzilliklərlə keçmişi olan İçərişəhər abidəsi, eləcə də müasir memarlıq incisi olan Heydər Əliyev Mərkəzindən söz açılır. Qeyd olunur ki, klassik və modern üslubların qovuşması yalnız Bakının memarlığında deyil, çevik, hərəkətli və dinamik yaşam tərzində də sezilir.

“Dərin köklərə malik ənənələri və keçmişi ilə qürur duyan azərbaycanlılar, eyni zamanda, gələcəyə də inamla baxırlar. Bakının ən modern və cəlbedici memarlıq tikililərindən biri olan Heydər Əliyev Mərkəzinin dizaynının da fəlsəfəsi budur”, -deyə materialda qeyd olunur.

Məqalədə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin şərəfinə adlandırılan Mərkəzin elm, təhsil mədəniyyət, səhiyyə, idman və ekologiya sahələrində bir çox layihələrə dəstək verdiyi bildirilir. Həmçinin burada Azərbaycan xalqının Ümummilli Liderinə həsr olunan Heydər Əliyev Muzeyi və müxtəlif sərgilərin fəaliyyət göstərdiyi qeyd olunur.

Oxuculara, həmçinin yarışlar müddətində Bakıda olduqları zaman paytaxtda baş çəkə biləcəkləri tarixi memarlıq abidələri, sərgilər və digər tədbirlər barədə məlumat verilir.

Qeyd edək ki, 350 min tirajla çap olunan “Skylife” jurnalı iyun ayı ərzində “Türk Hava Yolları” şirkətinə məxsus reyslərdə uçan 4 milyondan çox sərnişinə təqdim ediləcək.