YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarus paytaxtında MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcəkdir

Mayın 30-da Minskdəki “Prezident-otel”də Belarusun baş naziri Mixail Myasnikoviçin sədrliyi ilə MDB Hökumət Başçıları Şurasının (HBŞ) iclası keçiriləcəkdir.

Məlumata görə, Birlik ölkələrinin hökumət başçıları əməkdaşlığın müxtəlif istiqamətləri üzrə 20-dən artıq sənəd layihəsini müzakirə edəcəklər. O cümlədən 2020-ci ilə qədər olan dövr üçün MDB üzvü olan ölkələrin Dövlətlərarası İnnovasiyalı Əməkdaşlıq Proqramının və onun həyata keçirilməsi üzrə 2012-2014-cü illər üçün Tədbirlər Kompleksinin 2013-cü ildə yerinə yetirilməsinin gedişi təhlil ediləcəkdir.

Dövlətlərarası elmi-texniki informasiya mübadiləsi sahəsində əməkdaşlığı, habelə nəqliyyat təhlükəsizliyinin təmin edilməsi sahəsində MDB ölkələrinin qarşılıqlı informasiya fəaliyyətini tənzimləyən sazişlər imzalanması planlaşdırılır.

Yaxın bir neçə il üçün radionaviqasiya və hidrometeorologiya sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər nəzərdə tutulacaq, Malların mənşə ölkəsinin təyin edilməsi Qaydalarına dəyişikliklər ediləcəkdir.

MDB HBŞ iclasında iqtisadi məsələlər bloku ilə yanaşı humanitar sahədə əməkdaşlığa dair bir sıra məsələlərin müzakirə edilməsi planlaşdırılır.
Birlik ölkələrində milli idman növlərinin inkişafına, MDB ölkələrində heyvanlar arasında dabaq xəstəliyinin yayılması təhlükəsinə qarşı mübarizəyə yönəlmiş tədbirlər hazırlanacaqdır. Hökumət başçıları bir sıra təhsil müəssisələrinə Birliyin iştirakçısı olan dövlətlərin baza təşkilatları statusu verəcəklər.
MDB məkanında təhlükəsizliyin təmin edilməsi sahəsində yetkinlik yaşına çatmayanların daimi yaşadıqları dövlətlərə qaytarılması, təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması, silahlı qüvvələrin topogeodezik və naviqasiya təminatı, habelə Birlik üzvü olan dövlətlərin silahlı qüvvələrinin mühəndis qoşunlarının humanitar minasızlaşdırma sahəsində əməkdaşlığı ilə bağlı məsələlərin müzakirə edilməsi planlaşdırılır.
MDB HBŞ-nin iclasında iki sahəvi əməkdaşlıq orqanının – Dövlətlərarası Antiinhisar Siyasət Şurasının və Birlik üzvü olan dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının fəaliyyətinə qiymət veriləcəkdir.

Hökumət başçıLarı maliyyə və kadr məsələləri ilə bağlı bir sıra qərarlar qəbul edəcəklər.

 

DİGƏR Xəbərlər Arxiv