YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Sülh sazişi üzərində çalışırıq"

Türkiyənin “Hürriyet” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasdakı çıxışı ilə bağlı məqalə yayımlanıb.

Məqalədə Gürcüstanın və Ermənistanın baş nazirlərinin də iştirak etdikləri iclasda Azərbaycan Prezidentinin “Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Düşünürəm ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər” sözləri oxucuların diqqətinə çatdırılıb.

Yazıda dövlətimizin başçısının iclasda Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə bağlı fikirlərinə də yer verilib.