YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Başqa şans yoxdur

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib.

Münxendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərinin müzakirəsi üçün bir neçə platforma var. Onlardan biri belə adlandırılan Brüssel formatıdır. Dünən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüş zamanı biz prosesə tərəfdar olduğumuzu bir daha təsdiqlədik. Bu gün Dövlət katibi Blinkenin təşkil etdiyi üçtərəfli görüşdə də biz Brüssel prosesini üçtərəfli format kimi müzakirə etdik. Fikrimcə, hamı başa düşür ki, bu, yalnız Aİ, Azərbaycan və Ermənistanın daxil olduğu üçtərəfli formatdır.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması daha çox bu iki ölkənin özündən asılıdr. Bu istiqamətdə Azərbaycan bütün lazımi addımları atıb, münasibətlərin normallaşması üçün hansı addımların hansı ardıcıllıqla atılmasının vacibliyini bildirib. Azərbaycan normallaşma, eyni zamanda, sərhədlərin müəyyənləşməsi prosesinin daha tez bir zamanda gerçəkləşməsində maraqlıdır. Münasibətlərin normallaşdırılması Ermənistan üçün yeni imkanlar açacaq. Azərbaycan daim Ermənistanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu dəfələrlə ifadə edib. Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində həyata keçirdiyi təcavüzkar siyasətə rəğmən, Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa daim səy göstərib. Ölkəmizin strateji seçimləri, yanaşması, iradəsi və mövqeyi bəllidir. Atdığımız addımlar milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanır, sülhə və təhlükəsizliyə xidmət edir. Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli mövqeyi qarşıda duran bütün strateji hədəflərə çatmağa imkan verir. Ermənistanın və havadarlarının isə yeni reallıqlarla barışaraq konstruktiv mövqe sərgiləməkdən və sülh prosesinə töhfə verməkdən başqa şansları yoxdur.

Ermənistanın münasibətləri normallaşdırmaq cəhdləri və Azərbaycanla sülh məsələsində vaxt udmaq üçün etdiyi gedişlər hər kəsə bəllidir. Münxen Konfransında Prezident İlham Əliyevin diplomatik demarşı ilə yadda qaldı və ölkəmizin növbəti siyasi uğuru olaraq müstəqillik tarixinə yazıldı. Qalib ölkə liderinin Münxendə ortaya qoyduğu mövqe dövlətimizin beynəlxalq miqyasda siyasi, iqtisadi üstünlüklərinin açıq-aydın ifadəsi idi. Prezident İlham Əliyevin Münxen toplantısında açıq şəkildə dünyanın gözü önündə Azərbaycanın mövqeyini çatdırması çox önəmli məsələ idi. Ermənistanla münasibətlərin normallaşması mümkündür. Bu, bütün region ölkələrinə fayda verəcək, iqtisadi inkişaf və sosial dinamizm mənbəyi olacaq.