YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Havadarlara mesaj: başqa yol yoxdur!

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Prezident İlham Əliyevin 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər, mətbuat orqanlarına müsahibələri və müxtəlif mövzular ətrafında  plenar iclaslarda iştirakı ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun, həmçinin Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirilir.

Qeyd edək ki, "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclas Azərbaycan regionda yaratdığı yeni reallıqlara bir daha aydınlıq gətirmiş oldu. Bu gün Azərbaycan müstəqil, balanslaşdırılmış siyasət yürüdən dövlət kimi  dünya siyasi arenasında xüsusi çəkiyə malik olan ölkədir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, yeni-yeni nailiyyətlərə imza atır və şərəfli bir tarixi dövrünü yaşayır. 

Ölkə Prezidenti İlham Əliyev plenar  iclasda Qarabağ münaqişəsinin tarixə qovuşduğunu, “Dağlıq Qarabağ” sözünün qüvvədən düşdüyünü, Azərbaycanda “Dağlıq Qarabağ” kimi inzibati vahidin olmadığını bir daha  Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı. Qeyd etdək ki, 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır və Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə borcludur.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamənin müddüalarından biri də Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmasıdır ki, Ermənistan tərəfi hələ də bu öhdəliyi yerinə yetirməyib və Ermənistanın siyasi rəhbərliyinin bu qərəzli mövqeyi öz ölkəsini və xalqını uçuruma aparmaqdadır.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağ münaqişəsi tarixə qovuşub. Bu gün danışıqlar masasında hər hansı statusdan söhbət getmir və Qarabağ ermənilərinə heç bir status verilməyəcək. 

Qeyd etdək ki, prinsip etibarilə Ermənistanın yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. Qarabağda yaşayan ermənilərin gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.

Bu gün Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib. Qeyd etmək lazımdır ki, həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır.

DİGƏR Xəbərlər Arxiv