YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə dünyanın tarixini yazır

«Bu gün Azərbaycan dünyanın tarixini yazır. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi məhz tarix yazmaq deməkdir». Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, hazırda Azərbaycan dünyada söz sahibi olan ölkəyə çevrilib. Onun sözlərinə görə, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsində bu amil də vacib rol oynayır.

«Həqiqətən Azərbaycan inkişafının yüksək mərhələsini yaşayır. Bu gün Azərbaycan transmilli layihələrin müəllifidir, Azərbaycan kredit alan ölkədən kredit verən ölkəyə çevrilib. Hazırda yeni çağırışlar var, ölkədə bilik iqtisadiyyatı cəmiyyəti formalaşır. Neft kapitalı insan kapitalına çevrilir. Biz bu çağırışlara cavab verməliyik»- deyə,  Ş.Hacıyev vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv