YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici siyasətin dəyişməz prinsipləri

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Atılan bu kimi mühüm addımlar mahiyyəti ilə yanaşı, gələcəkdə əməkdaşlıq əlaqələrinə hansı töhfələri verəcəyi baxımından da geniş müzakirə edilir. Bu baxımdan yeni stansiyanın inşasında İtaliya şirkətinin iştirakı diqqətdən kənarda qalmır. Atılan bu addım yüksələn xətlə inkişaf edən Azərbaycan-İtaliya əməkdaşlığına yeni əlavələr edəcək.  İtaliyanın şirkətlər və "Made in Italy" naziri Adolfo Urso İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında "Son illər ərzində İtaliya ilə Azərbaycan arasında güclü əlaqələri möhkəmləndirən çoxsaylı və mühüm görüşlər ənənəsini daha da inkişaf etdirmək məqsədilə bu gün burada olmaqdan son dərəcə məmnunam” fikirlərini söyləməklə onu da əlavə etdi ki, biz Azərbaycanın tarixi dostuyuq.

Hər zaman qeyd etiyimiz kimi, Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri yeni dostlar, tərəfdaşlar qazanmasında, əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişafında mühüm rol oynayır. Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr yüksək səviyyədədir. Qurum hazırkı dövrdə Azərbaycanın  sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi möhkəmlənən mövqeyini təqdir edir. İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra əlaqələrin inkişafında yeni dövrün başlandığı göz qabağındadır.

Avropa İttifaqı, eyni zamanda quruma üzv dövlətlərlə əməkdaşlıqda prioritet sahə enerjidir. Cənab İlhşam Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bu əlaqələrin hazırkı inkişaf səviyyəsinin  əsas göstəricilərindən biri kimi ötən ilin iyul ayında Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində  Azərbaycan ilə Avropa İttifaqı arasında  Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun  imzalanmasını qeyd etdi.  Bu sənədə əsasən, Azərbaycan Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcək. Dövlət başçısı İlham Əliyev bu hədəfi də diqqətə çatdırdı ki, TAP layihəsinin iki dəfəyədək genişləndirilməsi məsələsi gündəlikdədir: “Əminəm ki, biz bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Bu məqsədlə keçən ilin dekabr ayında müvafiq anlaşma imzalanmışdır və Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaqdır.” Həmçinin ötən il Buxarestdə  “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı.

Cənab İlham Əliyev əldə edilən uğurları, həmçinin imzalanan sənədləri önə çəkərək  bu əminliyi  ifadə etdi ki,  bütün istiqamətlər üzrə hədəflərə çatacağıq. Necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaq.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin deyil, böyük coğrafiyanın maraqlarını təmin edir.