YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcək əməkdaşlıq üçün geniş imkanlar

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

“Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. Çünki o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da atəşə tutulmuşdur, uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi.” Dövlət başçısı İlham Əliyev fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bu fikirləri ilə həm Mingəçevir Elektrik Stansiyasının önəmini, həm də İkinci Qarabağ münaqmşəsi ilə bağlı reallıqları diqqətə çatdırdı.

Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi, ən əsası iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi bugünkü reallıqlarımız üçün geniş imkanlar açdı. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayırıq. Ulu Öndər səylərin birləşdirilməsi çağırışını etməklə regional və beynəlxalq səviyyədə əlaqələrin qurulmasını və illər keçdikcə coğrafiyasının genişləndirilməsini təmin etdi. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə çevirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi də nüfuz qazandırdı. Artıq arxada qalan illərə diqqət yetirdikdə ölkəmizin bu sahədə töhfələrinin miqyasının nə qədər böyük olduğunu görürük.

Dövlət başçısı İlham Əliyev sözügedən təməlqoyma mərasimində Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan geniş bəhs edərək əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün imkanların mövcudluğunu diqqətə çatdırdı. Bildirdi ki, yeni stansiya Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq. Yüzlərlə yeni iş yerləri yaranacaq.  Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatını ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Yeni stansiya, eyni zamanda,  Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq. Stansiyasının yaxın zamanlarda, 2025-ci ildə açılışının hədəflənməsi ölkəmizin  iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır.

Düzgün qurulan siyasət, möhkəm təməl uğurların davamlılığında əsasdır. Hazırda işğaldan azad edilmiş ərazilərin malik olduğu bərpa olunan enerji potensialı da geniş müzakirə olunan  məsələlər sırasındadır. Yeni layihə İtaliya-Azərbaycan dostluğunu daha da  gücləndirəcək bir layihədir.  Bərpa olunan enerj sahəsində də gələcək əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.