YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev irsi milli sərvətimizdir

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və N. Nərimanov adına 45 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Əbədi Məşəl” adlı tədbir keçirilib.

Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, həmçinin Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən 45 saylı tam orta məktəbin direktoru Pərvanə Talıbova tədbirin Heydər Əliyev irsinin öyrənilməsi və gənc nəslə aşılanması məqsədilə təşkil olunduğunu söyləyib.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin direktor müavini Hüseyn Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov və digərləri çıxışlarında ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən söz açaraq Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat veriblər.

Çıxışlardan sonra 45 saylı tam orta məktəbin 3-cü sinif şagirdlərinin ifasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Əbədi Məşəl” kompozisiyası nümayiş olunub.