YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ehtiramla yad edirik!

Abşeron rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid Musibov Veysəl Yadulla oğlunun doğum günündə əziz xatirəsi yad olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev,  Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, ictimaiyyət nümayəndələri Xırdalan şəhərindəki Şəhidlər xiyabanında Veysəlin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına şəhid Veysəl Musibov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına və “Vətən uğrunda”,  “Cəbrayılın azad olunmasına görə”,  “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə”,  “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.