Xəbərlər
İtaliya miqrant axınının yeni dalğası ilə üzləşib
Avropa İttifaqı qurumlarının yaydığı statistikaya əsasən, 2014-cü ilin yanvar-aprel ayları ərzində İtaliyanın Siciliya adasına 25 mindən artıq miqrant daxil olub. Yerli rəsmilərin birldirdiyinə görə, onlar miqrant axınlarının dövlət büdcəsinə göstərdiyi mənfi təsirlərə tab gətirməyə çalışırlar. İtaliya hökuməti Şimali Avropa ölkələrinin onlara bu məsələdə daha çox yardım göstərməsini istəyir.
Əsasən, Şimali Afrika və Yaxın Şərqdəki münaqişələr səbəbindən ölkələrini tərk edən miqrantların çoxu Aralıq dənizini köhnə qayıqlarda keçməklə həyatlarını təhlükə altında qoyurlar. Onların əksəriyyəti İtaliyadan şimala doğru hərəkət etməyi planlaşdırır.