YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: I Avropa Oyunlarının ölkəmizdə reallaşması Azərbaycanın adını bir daha Avropanın və dünyanın idman tarixinə yazacaq

«Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının başlanmasına çox az müddət qalıb. Ölkəmiz qitə tarixində ilk dəfə baş tutacaq bu mötəbər tədbirə ciddi hazırlaşıb. Qısa vaxtda ölkənin idman arenaları ən müasir standartlara uyğunlaşdırılıb». Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, bu tədbirin ölkəmizdə reallaşması Azərbaycanın adını bir daha Avropanın və dünyanın idman tarixinə yazacaq. Onun sözlərinə görə, bu faktor respublikmızın beynəlxalq arenada, dünyada daha yaxından tanınmasına yol açacaq.

 «Bu da o deməkdir ki, 12-28 iyun tarixlərində bütün dünya, Avropa məkanı Azərbaycandan bəhs edəcək. Yayımlararası fasilə zamanı nümayiş olunan reklam roliklərində tarix, mədəniyyət, mətbəx və turizm imkanlarımız barədə məlumatların efirə getməsi ölkəmizi avropalılara daha yaxından tanıdacaq. Üstəgəl, bu genişmiqyaslı yarış Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin və xalqımızın üzləşdiyi problemlərin Avropa insanına, dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayacaq»- deyə, politoloq qeyd edib.