YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərəfli həyat yolu, müdrik siyasi fəaliyyət və ...

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin, 15 saylı Regional Xəzinədarlıq İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu öndər Heydər Əliyev böyük tarixi şəxsiyyətdir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev bildirib ki, ulu öndər Heydər Əliyevin dahi şəxsiyyətlər sırasında əlçatmaz, uca və bənzərsiz yeri var. Hələ sağlığında əfsanələşən, sarsılmaz iradəyə malik olan, bütün mənalarında zamanı qabaqlayan, xalqımızın yaddaşına Ulu Öndər kimi həkk olunan Heydər Əliyev fenomeni Azərbaycanın son 50 ilinin, xüsusilə müstəqillik dönəminin tarixini yazıb, eyni zamanda gələcək hədəflərimizi düzgün müəyyənləşdirib. Ulu Öndərin uğurlu siyasəti sayəsində müstəqil Azərbaycan Respublikası azərbaycançılıq fəlsəfəsi əsasında qısa müddətdə tanınıb möhkəmləndi, inkişaf etmiş dünya ölkələri ilə əlaqələr qurdu, bütün sahələrdə uğurlar əldə etdi, öz haqqını dünyanın ən ali tribunalarında və təşkilatlarında nümayiş etdirdi, dünya ölkələri iqtisadi və siyasi böhran keçirdiyi bir dövrdə inkişafa nail oldu. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun düşməni məhv edərək, uzun illər işğal altında olan torpaqlarımızı azad etməsi məhz ulu öndər Heydər Əliyev ideyalarının əbədi olaraq yaşadığını və  bu müdrik ideyaların Azərbaycan xalqını xoşbəxt gələcəyə doğru apardığını sübut edən mühüm tarixi hadisədir.

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirib ki, fenomen tarixi şəxsiyyət olan dahi Heydər Əliyev Azərbaycan xalqının xilaskarı və müstəqil Azərbaycanın memarıdır. Azərbaycanda ötən əsrin sonlarına yaxın siyasi təlatümlərin hökm sürdüyü, xaos, vətəndaş qarşıdurmasının baş verdiyi zamanda xalq məhz öz xilaskarına - ümummilli lider Heydər Əliyevə üz tutaraq nicat yoluna çıxdı. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir.

Tədbirdə çıxış edən 15 saylı Region Xəzinədarlıq İdarəsinin rəisi Ceyhun İbişov Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin siyasi fəaliyyətindən geniş söhbət açıb. Vurğulayıb ki, Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, məhz iqtisadi sahədə də həyata keçirilən böyük islahatlar qısa bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və ölkəmizə maliyyə yardımı göstərdilər. Çevik pul-kredit, büdcə, vergi, gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu.

Tədbir çərçivəsində rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə 15 saylı Regional Xəzinədarlıq İdarəsinin bir qrup əməkdaşına YAP Yevlax rayon təşkilatının fəxri fərmanları təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv