YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regional inkişafa xidmət edən ikitərəfli əməkdaşlıq

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

İtaliya ölkəmizin strateji tərəfdaşıdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmış, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Ölkələrimiz arasında olan yüksək səviyyəli əlaqələr bir çox sahələri əhatə edir.

Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Həmçinin azad edilmiş torpaqlarda dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı kimi bərpa-yenidənqurma işlərində  İtaliya şirkətləri çox fəal iştirak edirlər. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanla İtaliya arasında energretika sahəsində əməkdaşlıq isə ənənəvi xarakter daşıyır.

Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev İtaliya-Azərbaycan əlaqələri haqqında danışarkən qeyd etdi ki, bu əlaqələr təkcə iki ölkənin maraqlarını təmin etmir, eyni zamanda, böyük coğrafiyanın maraqlarını təmin edir. Məlum olduğu kimi, Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi Azərbaycan və İtaliyanın birgə uğurudur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. Ümumiyyətlə, İtaliya-Azərbaycan əlaqələri hər bir sahədə çox yüksək səviyyədədir. Odur ki, 2025-ci ildə istfadəyə verilməsi planlaşdırlan  1280 MVt gücündə olacaq İstilik Elektrik Stansiyasının inşasında İtaliya şirkətinin iştirakı heç də təsadüf deyil.

İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizin elektroenergetika sahəsinin son illər ərzində çox sürətlə və uğurla inkişaf etdiyinə də diqqət çəkdi.  Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir ki, bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Hazırda Azərbaycan bərpaolunan enerji növlərinin inkişafında maraqlıdır. Bunun üçün ölkəmizin çox böyük potensialı var. Belə ki, təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir. Hazırda ölkəmizdə ümumi gücü 470 meqavatlıq olan iki günəş və külək stansiyası inşa edilir. Üçüncü stansiyanın da inşasına yaxın vaxtlarda başlanılması planlaşdırlır ki, onun da gücü təqribən 240 meqavata bərabər olacaq. Ölkə başçısı onu da qeyd etdi ki, xarici investorlarla imzalanmış sənədlər əsasında hazırda 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur. Bu stansiyanın böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə inşa ediləcəkdir.

İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident İlham Əliyev azad edilmiş ərazilərdə elektroenergetika sahəsində görülmüş işlərə də diqqət çəkdi. Azad edilmiş ərazilərdə artıq 10-dan çox yarımstansiya və bir o qədər su elektrik stansiyası inşa edilmişdir. Heç də təsadüfi deyil ki, dövlətimiz azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdır.