YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müqəddəs şəhidlik zirvəsi

Biləsuvarda Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Eynullayev Rövşən Elşən oğlunun xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, şəhid ailələri Nərimankənd kənd qəbiristanlığında Rövşənin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra Nərimankənd kənd tam orta məktəbində ibtidai sinif otaqlarından birinə şəhidin adının verilməsi ilə bağlı tədbir keçirilib.

Çıxış edənlər Rövşən Eynullayevin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs ediblər. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu əsl qəhrəmanlıq nümayiş etdirərək Vətən torpaqlarını düşməndən azad etdi. Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və bu kateqoriyadan olan insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğu vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Rövşən Eynullayev ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.