YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər keçirilir

Fevralın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının  “8 noyabr prospekti 9A” və “General Mehmandarov 9” ünvanları üzrə ərazi partiya təşkilatlarında görüşlər keçirilib.

Görüşlərdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə  müasir müstəqil, qalib Azərbaycanın uğurlarından geniş bəhs edib. Bildirib ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi  Azərbaycanın müstəqillik tarixinin hər bir səhifəsinin  vərəqlənməsində, dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin təhlilində  əhəmiyyətli rol oynayacaq. Ümummilli Liderin fəaliyyətinin hər bir istiqaməti tədqiqat  mövzusudur.

Vüqar Rəhimzadə qeyd edib ki, ulu öndər Heydər Əliyev  Azərbaycanın müstəqilliyinin daimiliyini, əbədiliyini təmin etdi, dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı Prezident  İlham Əliyev torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. Son 19 ildən artıq dövrün  uğurları  cənab İlham Əliyevin Prezident kimi verdiyi hər bir vədini  konkret əməli işdə öz təsdiqini tapdığını  nümayiş etdirir.

YAP Xətai rayon təşkilatının sədri  2021-ci ildə tarixi Zəfərimizin reallıqları fonunda VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının  qət etdiyi inkişaf yolundan, cəmiyyətin avanqard qüvvəsinə çevrilməsindən də bəhs edib. Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi Yeni Azərbaycan Partiyası dövlətə, xalqa xidmət  prinsipini fəaliyyətinin əsasında saxlayaraq daim Azərbaycanın qüdrətlənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına  səy göstərir. Dövlət başçısı İlham Əliyev partiyanın VII qurultayında bu əminliyi ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə bütün proseslərin mərkəzində olacaq.

Görüşlərdə digər çıxış edənlər ərazi partiya təşkilatlarının qarşısında dayanan vəzifələrdən söz acaraq bildiriblər ki, YAP Xətai rayon təşkilatının 137 ərazi partiya təşkilatında birləşən 20 minə yaxın üzvün hər biri  ulu öndər Heydər Əliyevin ideyalarının, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin fəal təbliğatçılarıdırlar.

DİGƏR Xəbərlər Arxiv