YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatının nümayəndələri Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində olublar

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, aparatın əməkdaşları, gənc fəalları Binəqədi rayonunda yerləşən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində olublar.

Qadın və uşaq sığınacağını ziyarət edən partiya nümayəndələri uşaqların ehtiyacları, problemləri ilə maraqlanıblar.

Ziyarətçilərə sığınacaq barədə ətraflı məlumat verilib. Bildirib ki, burada qadınların və uşaqların rahat yaşaması üçün hər cür şərait yaradılıb. Eyni zamanda, sığınacağa təşkil edilən ziyarətə görə sığınacaq sakinləri təşəkkürlərini bildiriblər.

Görüşün sonunda rayon təşkilatının əməkdaşları sığınacaq mərkəzinin sakinlərini hədiyyələr ilə sevindiriblər.

DİGƏR Xəbərlər Arxiv