YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Geosiyasi güc mənbəyi...

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Bu ilin fevral ayının  3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurasının birinci iclası Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığı bir daha təsdiqləyir.Tədbirdə beynəlxalq qurumların,Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Prezident İlham Əliyev tədbirdə çıxış edərək  qeyd edib ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır. “Cənub Qaz Dəhlizinin başa çatdırılmasını qeyd etdiyimiz bir vaxtda biz gələcəyə baxmalı, yeni plan və ideyalar üzərində işləməliyik. Ümid edirəm ki, pandemiya bitdikdən sonra biz yenidən Bakıda görüşə biləcəyik, çünki Bakı ənənəvi olaraq Məşvərət Şurasının toplantılarının keçirildiyi şəhərdir. Fürsətdən istifadə edərək, birgə fəaliyyətimizi davam etdirmək üçün sizi gələn il Bakıya səfərə dəvət edirəm.”

Bəli, bu gün Rusiya Ukrayna müharibəsi  Aİ-yə təbii qaz nəqlini iki dəfədən çox azaldıb. Bu da öz növbəsində  Avropa və qlobal qaz bazarlarında  qiymətlərin rekord səviyyələrə çatmasına səbəb oldu. 1970-ci illərdən bəri dünyanın ən ağır enerji böhranı ilə üzləşdiyi bir vaxtda Azərbaycan öz üzərinə böyük bir missiya götürüb. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları ilə bu tələbatı qarşılaya bilər. Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycanın Avropaya təbii qaz, elektrik enerjisi və digər resursları ixrac etməsi təkcə iqtisadi məsələ deyil, Avropa dövlətləri beynəlxalq əhəmiyyətli layihələri reallaşdırmaq üçün Azərbaycana iri həcmdə investisiya da yatıracaq. Bu da öz növbəsində  dövlətimizin iqtisadi inkişafına böyük təkan verməklə yanaşı, həm də siyasi güc qazandıracaq.

DİGƏR Xəbərlər Arxiv