YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: İlk Avropa Oyunlarının tarixinin Azərbaycandan başlaması mühüm hadisədir

Bir neçə gündən sonra ölkəmizin həyatında əlamətdar tarixi hadisə baş verəcək – “Bakı-2015” ilk Avropa Oyunları başlayacaq. Birinci Avropa Oyunlarının tarixinin Azərbaycandan başlaması mühüm hadisədir.

Bu fikirləri iyunun 5-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkədə fəaliyyət göstərən mətbuat orqanlarının rəhbərləri ilə görüşdə bildirib.

Prezidentin köməkçisi ilk Avropa Oyunları ilə bağlı hazırlıq işlərinin kütləvi informasiya vasitələri tərəfindən yüksək səviyyədə işıqlandırıldığını dedi, buna görə təşəkkürünü bildirdi.

Əli Həsənov bir neçə gün əvvəl Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncamın önəmindən danışdı. Bildirdi ki, bu Sərəncamın imzalanması dövlətimizin başçısının milli mətbuatımıza və Azərbaycan xalqının milli mənəvi dəyərlərinin qorunmasında medianın oynadığı rola verdiyi önəmin göstəricisidir. Bugünkü görüşün məqsədi də həmin Sərəncamdan irəli gələn məsələləri müzakirə etməkdir.

Əli Həsənov Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinin ölkəmizdə geniş qeyd ediləcəyini diqqətə çatdırdı.

 

DİGƏR Xəbərlər Arxiv